Ağdam rayonu, Zəngişalı kəndində fəaliyyət göstərən Bayramov Babək Kamil oğluna məxsus pendir sexində plandankənar yoxlama keçirilib.

Bu barədə Foodinfo.az-a AQTA-dan məlumat verilib.

Baxış zamanı müəssisənin döşəmə səthlərinin təmirsiz olduğu, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, təmizlik və dezinfeksiya işlərinin həyata keçirilmədiyi müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.