Təbii müalicə vasitələri arasında qədim dövrlərdən bu yana istifadə edilən qara zirə yağı bu gün də öz təsdiqini tapır.

Foodinfo.az xəbər verir ki, bu yağ iltihabları azaldan və orqanizmdə hüceyrə səviyyəsində müdafiə mexanizmlərini gücləndirən antioksidantlarla zəngindir. Həzm sisteminə dəstəyi ilə tanınan qara zirə yağı mədə qıcqırması, qaz sancıları və digər narahatlıqları yüngülləşdirə bilir. 

Tərkibindəki timokinon maddəsi xərçəngə qarşı qoruyucu təsiri ilə elmi dairələrdə diqqət çəkir. Dəri və saç sağlamlığına da müsbət təsir göstərən bu yağ, nəinki içilərək istifadə edilə bilər ki, həm də xaricdən tətbiq edildikdə dərini yumşaldır və saç tökülməsinin qarşısını alır. Qan təzyiqini və şəkər səviyyəsini balansda saxlayan təsirləri də araşdırmalarla təsdiqlənib. Tənəffüs yollarını genişləndirir, nəfəs almanı asanlaşdırır və allergik reaksiyaları yüngülləşdirir. 

Həkimlər bu yağı gündə bir çay qaşığı miqdarında istifadə etməyi tövsiyə edirlər ki, bu da uzunmüddətli sağlamlığın qorunmasına yardım edir.