Appendisitin ilk və ən xarakterik əlaməti göbək ətrafında başlayan və qısa müddət ərzində sağ aşağı qarın nahiyəsinə keçən ağrıdır. Ağrı getdikcə güclənir və bəzən xəstənin hərəkət etməsini belə çətinləşdirir.
Foodinfo.az xəbər verir ki, xəstələrdə tez-tez iştahsızlıq, ürəkbulanma, yüngül hərarət, qarında köp və sağ aşağı hissəyə toxunduqda hiss olunan kəskin ağr müşahidə olunur. Xüsusilə ağrının yerinin dəyişməsi və getdikcə artırması appendisitin ən vacib göstəricilərindən biridir.
Bu əlamətlərə məhəl qoymamaq ciddi nəticələrə – o cümlədən, appendiksin partlamasına səbəb ola bilər. Bu isə qarın boşluğunda iltihablanma riskini artırır və həyati təhlükə yaradır.
Əgər sağ aşağı qarında güclü və davamlı ağrı, ürəkbulanma və hərarət kimi əlamətlər varsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
Həkimlər əlavə edirlər ki, vaxtında müdaxilə olunan appendisit əməliyyatı adətən yüngül keçir və xəstə qısa zamanda sağalır.






