Qida məhsullarının düzgün saxlanması sağlamlığımızın qorunmasında mühüm rol oynayır.
Foodinfo.az Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) məlumatına istinadla xəbər verir ki, xüsusilə quru çay, bal və süd kimi məhsulların saxlanma qaydalarına əməl etmək qida təhlükəsizliyinin təmin olunması və qida zəhərlənməsi riskinin azaldılmasına xidmət edir.
Gündəlik istifadə etdiyimiz bu üç məhsulu düzgün saxlamaq çox vacibdir:
QURU ÇAY
• Quru, sərin və qaranlıq yerdə saxlayın.
• Ağzı kip bağlanan şüşə və ya çini qabdan istifadə edin.
• Nəmdən və digər qoxulardan uzaq tutun.
BAL
• Otaq temperaturunda saxlayın.
• Qapağı daim bağlı olsun.
• Soyuducuya qoymaq tövsiyə edilmir - kristallaşmanı sürətləndirir.
SÜD
• Soyuducunun orta rəfində saxlayın.
• Temperatur 4°C-dən aşağı olmalıdır.
• Soyuducunun qapı hissəsində saxlamaq olmaz. Çünki bu hissədə temperatur tez-tez dəyişir və məhsul daha sürətli xarab olur.
Unutmayaq ki, sağlam qidalanma yalnız nə yediyimizlə deyil, qidanı necə saxladığımızla da bağlıdır.






