Çuğundur qida dəyəri yüksək olan tərəvəzlərdən biridir və sağlamlıq üçün bir çox faydalar təqdim edir. Onun tərkibində vitaminlər, minerallar və antioksidantlar bol miqdarda mövcuddur.

Foodinfo.az xəbər verir ki, çuğundur dəmirlə zəngindir. Bu isə qanın artmasına və orqanizmdə oksigen daşınmasının yaxşılaşmasına kömək edir.

Bundan əlavə, çuğundur qan dövranını yaxşılaşdırmağa və təzyiqin tənzimlənməsinə müsbət təsir göstərir. Onun tərkibində olan maddələr damarların genişlənməsinə kömək edir.

Çuğundur həzm sistemi üçün də faydalıdır. Liflə zəngin olduğu üçün bağırsaqların fəaliyyətini dəstəkləyir və qəbizliyin qarşısını almağa kömək edir.

Eyni zamanda, çuğundur qaraciyərin fəaliyyətinə də müsbət təsir göstərir və bədənin zərərli maddələrdən təmizlənməsinə dəstək olu.

Çuğunduru həm çiy, həm də bişmiş halda istehlak etmək olur. Lakin maksimum fayda əldə etmək üçün onu balanslı şəkildə qidalanmaya daxil etmək tövsiyə olunur.