Qrmızı çuğundur orqanizm üçün ən faydalı tərəvəzlərdən biri hesab olunur. Onun tərkibindəki vitaminlər, minerallar və antioksidantlar bir çox xəstəliklərin qarşısının alınmasına kömək edir.
Foodinfo.az xəbər verir ki, qırmızı çuğundur yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün xüsusilə faydalıdır. Tərkibindəki təbii nitratlar damarları genişləndirərək qan təzyiqinin azalmasına səbəb olur. Bu xüsusiyyət onu ürək-damar xəstəlikləri riskini azaltmaq baxımından da əhəmiyyətli edir.
Çuğundur qan azlığı (anemiya) zamanı da tövsiyə olunur. Onun tərkibində olan dəmir və fol turşusu qan hüceyrələrinin artmasına və qanın keyfiyyətinin yaxşılaşmasına kömək edir.
Bundan əlavə, qırmızı çuğundur qaraciyər üçün faydalıdır. Orqanizmdə toplanan zərərli maddələrin xaric olunmasına dəstək verərək qaraciyərin fəaliyyətini gücləndirir. Liflə zəngin olması isə həzm sistemini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və bağırsaq sağlamlığını dəstəkləyir.
Çuğundur immun sistemini gücləndirir və orqanizmi iltihabi proseslərdən qoruyur. Eyni zamanda enerji verərək fiziki yorğunluğu azaldır və gündəlik aktivliyi artırır.
Bununla yanaşı, böyrək daşı problemi olan şəxslər və şəkər xəstələri çuğunduru normada istehlak etməlidir. Həddindən artıq istifadə bəzi hallarda həzm problemlərinə səbəb ola bilər.
Qeyd edək ki, qırmızı çuğundur gündəlik qidalanmada çiy, bişmiş və ya şirə formasında istifadə edilə bilər və sağlam həyat tərzinin bir hissəsi kimi tövsiyə olunur.






