Gündəlik qidalanmada ən çox istifadə olunan meyvələrdən biri olan alma, həm dadı, həm də faydaları ilə seçilir. Bəs bir almada neçə kalori var?
Foodinfo.az xəbər verir ki, orta ölçülü (təxminən 150–180 qram) bir alma 80–90 kalori təşkil edir. Almanın ölçüsünə görə kalori miqdarı dəyişə bilər. Belə ki, kiçik almalar 50–60 kalori, böyük almalar isə 100–120 kalori arasında olur.
Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, alma aşağı kalorili olmaqla yanaşı, lif, vitamin C və antioksidantlarla zəngindir. Bu səbəbdən alma həm arıqlamaq istəyənlər, həm də sağlam qidalanmağa üstünlük verənlər üçün ideal seçim hesab olunur.
Qeyd edək ki, gündə 1 alma qəbul etmək həm həzm sistemini dəstəkləyir, həm də uzun müddət toxluq hissi yaradır.






