Orqanizmdə su çatışmazlığı bir çox hallarda açıq simptomlarla deyil, daha gizli əlamətlərlə özünü göstərir. Bu isə problemin vaxtında aşkar olunmasını çətinləşdirir.

Foodinfo.az “WebMD” portalına istinadla xəbər verir ki, terapevt Sarah Johnson su balansının qorunmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, baş ağrısı, yorğunluq və diqqət dağınıqlığı susuzluğun əsas əlamətləri ola bilər.

Mütəxəssis bildirir ki, gün ərzində kifayət qədər su qəbul etmək həm fiziki, həm də zehni fəaliyyət üçün vacibdir. Xüsusilə isti havalarda və fiziki aktivlik zamanı su ehtiyacı daha da artır.