Sağlam həyat tərzi ürək-damar xəstəliklərinin qarşısını almaqda əsas rol oynayır. Gündəlik vərdişlərdə edilən dəyişikliklər ürəyin fəaliyyətinə birbaşa təsir göstərir və bir çox risk faktorunu azaltmağa kömək edir.

Foodinfo.az bu məsləhətləri təqdim edir:

1. Sağlam qidalanma – Tərəvəz, meyvə, balıq və faydalı yağlarla zəngin rasion seçilməlidir.

2. Duzun azaldılması – Artıq duz qəbulu qan təzyiqini yüksəldir.

3. Fiziki aktivlik – Gündə ən az 30 dəqiqə hərəkət etmək ürək üçün faydalıdır.

4. Siqaretdən uzaq durmaq – Siqaret damarların daralmasına səbəb olur.

5. Çəkiyə nəzarət – Artıq çəki ürəyə əlavə yük yaradır.

6. Stressin idarə olunması – Uzunmüddətli stress ürək ritminə mənfi təsir edir.

7. Keyfiyyətli yuxu – Gündə 7–8 saat yuxu ürək sağlamlığı üçün vacibdir.

8. Şəkərin məhdudlaşdırılması – Həddindən artıq şəkər Diabet riskini artırır.

9. Qan təzyiqinə nəzarət – Hipertoniya erkən mərhələdə aşkar olunmalıdır.

10. Xolesterol səviyyəsinin izlənməsi – Yüksək xolesterol damar tutulmalarına səbəb ola bilər.

11. Alkoqolun məhdudlaşdırılması – Həddindən artıq qəbul ürək ritmini poza bilər.

12. Müntəzəm tibbi müayinə – Profilaktik yoxlanışlar riskləri vaxtında müəyyən etməyə imkan verir.

Həkimlər vurğulayır ki, bu sadə qaydalara əməl etməklə ürək-damar xəstəliklərinin qarşısını almaq və sağlam, uzun ömür sürmək mümkündür.