Ağ çörək tamamilə pəhrizdən çıxarılmamalıdır.

Foodinfo.az milli.az-a istinadla xəbər verir ki, diyetoloq Tatyana Solntseva bildirir ki, bu çörək B qrupu vitaminləri, minerallar, zülallar və karbohidratlarla zəngindir, orqanizmin enerji ehtiyacını ödəməyə kömək edir.

Həkim qeyd edib ki, ağ çörək sağlamdır və xüsusilə mədə-bağırsaq problemləri olan insanlar üçün tünd çörəkdən daha uyğundur. Karbohidratlarla zəngin olması səhər yeməyi və qəlyanaltı üçün idealdır, xüsusilə tərəvəz, ət və ya yumurta ilə birlikdə istehlak edilərsə.

Solntseva əlavə edib ki, artıq çəkisi olan və ya diabet xəstələri tam taxıllı və çovdar çörəyinə üstünlük verməlidir. Ağ çörək balanslı qidalanmanın bir hissəsi olaraq zülal və tərəvəzlə birlikdə istehlak olunmalıdır.