Yaş artdıqca xroniki xəstəliklərin riski yüksəlir və düzgün qidalanma orqanizmin bu prosesə necə uyğunlaşmasında mühüm rol oynayır. Foodinfo.az xəbər verir ki, endokrinoloq Yekaterina Yanq uzunömürlülüyü dəstəkləyə bilən iki məhsulu açıqlayıb.
Mütəxəssisin sözlərinə görə, ilk məhsul hindqozu yağıdır. Onun fikrincə, bu yağ bədəndə enerji səviyyəsini artırır və iltihabı azaldır — hansı ki, orqanizmdə yaşlanmanı sürətləndirən əsas faktorlardan biridir. Həkim qeyd edib ki, hindqozu yağı insulinə həssaslığı yaxşılaşdırır, bu isə həm II tip şəkərli diabetin, həm də yaşa bağlı demensiyanın qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Bundan əlavə, məhsul bədən çəkisinin idarə olunmasına, hormon balansının qorunmasına və ümumi metabolik sağlamlığın gücləndirilməsinə kömək edə bilər.
İkinci məhsul isə şam qozu (kedr) yağdır. Yekaterina Yanqın sözlərinə görə, bu yağ orqanizmdə çoxşaxəli müsbət təsir göstərir. O, bağırsaq mikroflorasını yaxşılaşdırır, həzmi tənzimləyir və qaraciyərin işini dəstəkləyir. Eyni zamanda, dəri və saçların vəziyyətini yaxşılaşdıraraq, hüceyrə səviyyəsində bərpa proseslərini gücləndirir. Şam qozu yağının tərkibindəki faydalı yağ turşuları ürək-damar xəstəliklərinin riskini azaltmağa kömək edir və qanın lipid profilini yaxşılaşdırır.
Ekspert vurğulayıb ki, bu iki məhsulun rasionda müntəzəm və ölçülü şəkildə istifadəsi yaşlanma prosesini ləngidə, enerjini artıraraq bədənin uzun müddət sağlam qalmasına dəstək ola bilər.






