Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları ilə birgə Xankəndi şəhər əhalisi, o cümlədən Qarabağ Universitetinin tələbələri ilə Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirici görüşlər keçirib. 

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Tədbir zamanı zərərvericinin morfologiyası, yayılma yolları və qarşısını almaq üçün zəruri mübarizə tədbirləri barədə ətraflı məlumat verilib, maarifləndirici kitabça və bukletlər paylanılıb. Həmçinin yaşayış evlərində, köhnə tikililərdə, binalarda zərərvericinin mövcudluğunu müəyyən etmək məqsədilə monitorinqlər aparılıb.