Yeni araşdırmalar göstərir ki, çox miqdarda qırmızı, xüsusən də emal olunmuş ət (kolbasa, sosis, salam) istehlakı demans və yaddaş zəifləməsi riskini artırır.

Foodinfo.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qırmızı ət yüksək doymuş yağ və “heme” tipli dəmir ehtiva etdiyi üçün beyin damarlarına zərər verə, iltihabı artıraraq beyin hüceyrələrini zəiflədə bilər. 

2021-ci ildə American Journal of Clinical Nutrition jurnalında dərc olunan araşdırmada həftədə çox miqdarda emal olunmuş ət yeyənlərin demans riski 44% daha yüksək olduğu bildirilib.

Həkimlər xəbərdarlıq edir ki, qırmızı əti tamamilə kəsmək lazım deyil, lakin onu həftədə 1–2 dəfə və balanslı pəhrizlə qəbul etmək yaddaş və beyin sağlamlığı üçün daha təhlükəsizdir.