Fast food təkcə yağ və duzla deyil, həm də gizli şəkərlə zəngindir. Foodinfo.az bildirir ki, ketçup, sous və hətta çörək hissəsində belə şəkər istifadə olunur. Bir porsiya burgerdə 5–7 qram əlavə şəkər ola bilər. 

Qazlı içkilər və desertlərlə birlikdə bu rəqəm daha da artır. Şəkər orqanizmdə insulin ifrazını artıraraq qısa müddətli enerji verir, sonra isə yorğunluq yaradır. Fast food yeməkləri tez-tez istehlak edildikdə piylənmə və diabet riski artır. 

Xüsusilə uşaqlar üçün bu cür qidalanma təhlükəlidir. Valideynlər məhsulun tərkibini diqqətlə oxumalıdırlar. Bəzi fast food brendləri şəkər miqdarını gizlədir və “az kalorili” etiketi ilə təqdim edir. Halbuki tərkibindəki gizli şəkərlər hətta gündəlik normanı aşır. 

Sağlam qidalanma üçün bu məhsullardan uzaq durmaq və ev şəraitində hazırlamaq tövsiyə olunur.