Bişmiş skumbriya gündəlik menyu üçün həm sürətli, həm də ləzzətli yeməkdir. Bu resept balığın təbii dadını, şirəliliyini və qida dəyərini qoruyur.
Foodinfo.az Rbc-Ukraine və Instagram fədbloger Aleks Mil-ə istinadən xəbər verir ki, bu yemək üçün aşağıdakı inqrediyentlərə ehtiyac var:
-
Skumbriya – 1 ədəd
-
Duz, istiot, kişniş
-
Soya sousu – 5 xörək qaşığı
-
Limon suyu – 1 xörək qaşığı
-
Şəkər – 1 çay qaşığı
-
Bitki yağı – 1 xörək qaşığı
Hazırlanma qaydası:
-
Balığın başını, üzgəclərini, quyruğunu və sümüklərini təmizləyin. İçini və qara pərdəsini çıxarın.
-
İki ədəd balıq filesini hər iki tərəfdən duz, istiot və kişnişlə səpin. Sonra filesi kiçik hissələrə bölün və folqa “qayıqları” üzərinə dərisi yuxarı olmaqla düzün.
-
Marinad üçün soya sousu, limon suyu, bitki yağı və şəkəri qarışdırın. Balığın üzərinə tökün və 30 dəqiqə saxlayın.
-
Sobada 200 °C-də əvvəlcədən qızdırılmış sobada 15 dəqiqə bişirin.
Bu sadə resept ilə skumbriyanın dadını maksimum qoruyaraq qısa müddətdə ləzzətli və faydalı yemək hazırlamaq mümkündür.






