Vegetarian qidalanma tərzinə üstünlük verən insanlarda bəzi xərçəng növlərinin yaranma riski daha aşağıdır. Bu fərq əsasən qidalanma vərdişləri ilə əlaqələndirilir.
Foodinfo.az xəbər verir ki, bitki mənşəli qidalarla zəngin pəhrizdə lif, vitaminlər və antioksidantlar daha çox olur. Bu maddələr orqanizmi qoruyaraq hüceyrə zədələnməsinin qarşısını almağa kömək edir.
Xüsusilə yoğun bağırsaq xərçəngi, mədə xərçəngi, döş xərçəngi, prostat xərçəngi və mədəaltı vəzi xərçəngi kimi bəzi xərçəng növlərində riskin nisbətən aşağı olduğu müşahidə edilib.
Vegetarian qidalanmada qırmızı ət və emal olunmuş məhsulların az olması da bu riski azaltmağa təsir edir. Eyni zamanda, tərəvəz, meyvə və tam taxılların yüksək qəbulu sağlamlığa müsbət təsir göstərir.
Bununla belə, həkimlər vurğulayırlar ki, hər bir qidalanma növü balanslı olmalıdır. Vegetarian pəhriz seçən şəxslər vitamin B12 və dəmir kimi bəzi vacib maddələrin kifayət qədər qəbuluna diqqət yetirməlidirlər.






