Üzərliyin həm toxumu, həm də tüstüsü insan sağlamlığına müxtəlif müsbət təsirlər göstərir.
Foodinfo.az üzərliyin faydalarını təqdim edir:
1. Təbii mikrobqırıcı təsiri
Üzərlik tüstüsü havadakı mikrobların azalmasına kömək edir. Ev və iş yerlərinin təmizlənməsində istifadə olunur.
2 Stress və gərginliyi azaldır
Bitkinin yanma zamanı yaydığı aroma sinir sistemində sakitləşdirici təsir yaradır, yuxusuzluğun və narahatlığın azalmasına dəstək olur.
3. Tənəffüs yollarını açır
Soyuqdəymə və burun tutulması zamanı üzərlik buxarının nəfəs almanı yüngülləşdirdiyi qeyd edilir.
4. Baş ağrısını yüngülləşdirir
Araşdırmalara görə, üzərlikdən hazırlanan çay və ya buxar migren və baş ağrılarını azaltmağa kömək edir.
5. Pis enerjini uzaqlaşdırdığı düşünülür
Mütəxəssislər bunun elmi təsdiqi olmasa da, xalq təbabətində üzərliyin evdəki ağır enerjini aradan qaldırdığına dair inancların geniş yayıldığını bildirir.
6. Antiparazitar xüsusiyyəti
Tarixən üzərlik toxumu bağırsaq parazitlərinə qarşı istifadə edilib. Bitkinin tərkibində parazitləri zəiflədən maddələrin olduğu qeyd olunub.
Bu bitkinin güclü təsiri səbəbindən hamilələrə, uşaqlara və xroniki xəstəliyi olanlara çay və tincture formasında istifadəsi məsləhət görülmür. Həddindən artıq qəbulu toksik təsir yarada bilər.
Üzərliyi yalnız düzgün miqdarda və ehtiyatla istifadə edilməsini tövsiyə edilir.






