
Rəngli şirniyyatlar və içkilər cəlbedici görünsə də, onların tərkibindəki boyalar zərərli ola bilər. Foodinfo.az bildirir ki, bəzi süni qida boyaları allergik reaksiyalar və hətta hiperaktivlik yarada bilər.
Xüsusilə E102 (tartrazin) və E129 (allura qırmızı) kimi boyalar təhlükəli sayılır. Uşaqlarda bu maddələr diqqət pozğunluğu və davranış problemlərinə səbəb ola bilər. Bəzi Avropa ölkələrində bu boyalar artıq qadağan edilib. Boyalar həm də dəridə səpkilər, qaşınma və baş ağrısına səbəb ola bilər.
Qida boyalarının bədəndə yığıldığı və uzunmüddətli zərər verdiyi müəyyən edilib. Təbii boyalar — məsələn, çuğundur və zəfəran — daha təhlükəsiz sayılır. Marketdən alınan məhsulların etiketində E kodlarının olub-olmadığına diqqət edilməlidir.
Uşaqlara tez-tez rəngli konfet və şirniyyat verilməsi tövsiyə olunmur. Təbii rəngli və ev şəraitində hazırlanan qidalar daha sağlam seçimdir. Qida boyaları təkcə vizual deyil, həm də funksional təhlükədir.