
Təzə tərəvəzlərin üzərində pestisid və mikrob qalığı ola bilər. Foodinfo.az bildirir ki, onları sirkəli suda yumaq təmizləmə prosesində müəyyən qədər effektiv sayılır. Sirke bəzi bakteriya və mantarların məhv edilməsinə kömək edir.
Lakin bu üsul pestisidlərin tamamilə təmizlənməsini təmin etmir. Tərəvəzləri əvvəlcə axar su ilə yuyub, sonra 10-15 dəqiqə 1:3 nisbətində sirkəli suda saxlamaq tövsiyə olunur. Xüsusilə kahı, ispanaq və şüyüd kimi yarpaqlı tərəvəzlərə daha diqqətlə yanaşmaq lazımdır.
Ən etibarlı yol isə axar su ilə mexaniki təmizləmə və qabıqlı məhsulları soymaqdır. Hazırda bəzi ölkələrdə qida üçün xüsusi yuyucu maddələr də təklif olunur. Ancaq bu maddələr də təhlükəsiz tərkibə malik olmalıdır.
Sirkəli su yalnız ilkin təmizləmə vasitəsi kimi dəyərləndirilməlidir. Gigiyenik qida istehlakı mikroblarla yanaşı, kimyəvi qalıqlara qarşı da diqqət tələb edir. Təmiz tərəvəz sağlam qidalanmanın əsas şərtidir.