
Narın təkcə dənələri deyil, qabığı da sağlamlıq üçün çox faydalıdır. Antioksidantlar, C vitamini, taninlər və antibakterial maddələrlə zəngin olan nar qabığı qədimdən təbii müalicə vasitəsi kimi istifadə olunur.
Foodinfo.az nar qabığının əsas faydalarını təqdim edir:
1. İshalı kəsir
Təbii büzücü təsiri ilə həzm sistemini sakitləşdirir.
2. Mikroblara qarşı təsir göstərir.
Antibakterial xüsusiyyətləri ilə ağız və boğaz infeksiyalarında faydalıdır.
3. İmmuniteti gücləndirir.
Yüksək antioksidant tərkibi bədəni xəstəliklərdən qoruyur.
4. Dəri sağlamlığını dəstəkləyir.
Sızanaq və yaraların sağalmasına kömək edir.
5. Ağız qoxusunu azaldır.
Qarqara suyu kimi istifadə olunduqda xoşagəlməz qoxuları aradan qaldırır.
Qabığı qurudub toz halına gətirərək çay, qarqara suyu və ya maska kimi istifadə etmək mümkündür.