Kəklikotu yağı güclü antiseptik, antibakterial və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Foodinfo.az xəbər verir ki, onun tərkibində timol və karvakrol adlı aktiv maddələr var ki, bu da sağlamlıq üçün çox faydalıdır.  

Faydaları:

1. İmmuniteti gücləndirir – Bədəni virus və bakteriyalara qarşı qoruyur.  

2. Tənəffüs yollarını açır– Öskürək, bronxit və astma üçün faydalıdır.  

3. Həzm sisteminə kömək edir – Qaz, köp və mədə narahatlığını azaldır.  

4. Göbələk və bakteriyalara qarşı təsirlidir– Dəri infeksiyaları və dırnaq göbələyi üçün istifadə olunur.  

5. Oynaqlardakı ağrıları azaldır – Revmatizm və oynaq problemlərində masaj yağı kimi tətbiq edilə bilər.  

Necə istifadə edilməlidir?

- Daxilə qəbul: Bir stəkan ilıq suya 1 damcı əlavə edib içmək olar (həddindən artıq istifadə zərərlidir).  

- Masaj üçün: Badam və ya zeytun yağı ilə qarışdırıb dəriyə çəkmək olar.  

- Buxar vannası: Burun tıxanıqlığını açmaq üçün qaynar suya bir neçə damcı əlavə edib buxarını qəbul edə bilərsiniz.  

Hamilələr, yüksək təzyiqi olanlar və həssas dərisi olanlar istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.