
Qatıq təkcə probiotiklərlə zəngin faydalı süd məhsulu deyil, həm də gizli şəkər (prediabet) və tip 2 diabetin qarşısını almaqda olduqca təsirli bir qidadır.
Xüsusilə təbii, şəkərsiz qatıq düzgün miqdarda və qaydada istifadə olunduqda qan şəkərinin tarazlanmasına ciddi töhfə verir.
– Qatıq qan şəkərini sabit saxlayır. Qanda şəkərin tez qalxmasının qarşısını alır.
– Bağırsaqlara faydalı olduğu üçün insulinə kömək edir.
– Uzun müddət tox saxlayır, bu da gizli şəkərə qarşı faydalıdır.
– Bədəndəki gizli iltihabı azaldaraq şəkərin tənzimlənməsinə kömək edir.
Gündə 1 stəkan (200-250 qram) qatıq yemək kifayətdir. Həmçinin şəkərsiz və təbii ev qatığı daha faydalıdır.