Təzə tərəvəzlərin istifadəsi tövsiyə olunsa da, dondurulmuş məhsullar da faydalı sayılır. Foodinfo.az bildirir ki, müasir texnologiyalarla şoklama üsulu ilə dondurulan tərəvəzlər öz qida dəyərini böyük ölçüdə qoruyur. 

Bu üsul zamanı tərəvəzlər yığıldıqdan dərhal sonra dondurulduğu üçün vitamin itkisi minimum olur. Dondurulmuş məhsulların saxlanma müddəti uzundur və praktik istifadəyə imkan yaradır. Təbii ki, bu məhsulların tərkibində əlavə duz, şəkər və konservantlar olmamalıdır. Bəzi dondurulmuş tərəvəzlərə sous və ədviyyat əlavə olunduğuna görə etiketə diqqət yetirmək vacibdir. 

Dondurulmuş tərəvəzlər xüsusilə qış mövsümündə təzə məhsullara alternativ kimi çıxış edir. Onlar bişirmə prosesində çox yumşalmadan qısa zamanda hazırlanır. Sağlamlıq baxımından bu məhsullar çox vaxt konservləşdirilmiş tərəvəzlərdən üstündür.

Yeganə şərt onların düzgün şəkildə saxlanması və donunun açıldıqdan sonra tez istifadə edilməsidir. Bir dəfə açılan məhsul yenidən dondurulmamalıdır. Dondurulmuş tərəvəzlər balanslı qidalanma üçün yaxşı seçimdir.