Kök şirəsi vitaminlərlə zəngin təbii içkilərdən biridir və xüsusilə A vitamini sayəsində göz sağlamlığı üçün ideal hesab olunur. Foodinfo.az bildirir ki, hər gün bir stəkan kök şirəsi içmək göz torluğunda hüceyrələrin yenilənməsini dəstəkləyir və görmə qabiliyyətinin güclənməsinə yardım edir. 

Dərinin parlaqlığını artıran beta-karoten tərkibi yayda günəş şüalarına qarşı bədəni daha dayanıqlı edir. Bu şirə həm də bağırsaq fəaliyyətini aktivləşdirir və bədəndə detoks effekti yaradır. Təbii şəkərlə zəngin olmasına baxmayaraq, miqdarında qəbul edildikdə qanda şəkəri tənzimləyir və enerji balansını saxlayır.

Cəfəri, limon və zəncəfil ilə qarışdırılaraq daha da zənginləşdirilə bilər. Təzə sıxılmış halda içildikdə təsiri maksimum olur və toxumalara tez çatır. İstər səhərlər acqarına, istərsə də günorta qəlyanaltı əvəzinə içilməsi tövsiyə edilir. Kök şirəsi həm bədəni, həm də ruhu yeniləyən təbii bir güc mənbəyidir.