Yayda tər ifrazı ilə bədən çoxlu miqdarda maye və minerallar itirir. Foodinfo.az xəbər verir ki, süzmə qatıq bu baxımdan orqanizm üçün təbii elektrolit bərpaedicidir. Tərkibindəki kalsium, kalium və maqnezium bədənin mineral balansını tənzimləyir.

Eyni zamanda zülalla zəngin olması sayəsində toxluq hissini də təmin edir. Soyuq süzmə qatıq orqanizmi sərinlədir və susuzluğu azaldır. Mütəxəssislər qatıq qəbulunu günorta saatlarında və ya yüngül axşam yeməyi kimi tövsiyə edir.

Qatığın probiotik tərkibi bağırsaq florasını dəstəkləyir və immun sistemini gücləndirir. Xüsusilə ev şəraitində hazırlanmış təbii qatıq bu baxımdan daha faydalıdır. Ona xiyar, nanə və ya quru nanə əlavə etməklə həm dad, həm də təsir gücü artırıla bilər. Qatıq eyni zamanda dəri üçün də faydalıdır və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Yay menyusunda təbii süd məhsullarına yer vermək həm də enerji səviyyəsini sabit saxlayır.