Bəzi qidalar orqanizmdəki iltihabı azaldaraq hüceyrələri zədələnmədən qoruyur və xərçəngin yaranma riskini azaldır.

Foodinfo.az xəbər verir ki, mütəxəssislər xüsusilə brokoli və pomidoru bu baxımdan önə çəkirlər.

1. Brokoli

Brokoli sulforafan adlı güclü antioksidantla zəngindir. Bu maddə xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır. Xüsusilə döş, prostat və kolon xərçəngi riskini azaltmağa kömək etdiyi bildirilir.

2. Pomidor

Pomidor likopen adlı bir maddə ilə zəngindir. Likopen güclü antioksidant təsirə malikdir və prostat, ağciyər və mədə xərçəngi riskini aşağı salır. Bişmiş və ya zeytun yağında hazırlanmış pomidor, likopenin daha yaxşı mənimsənməsini təmin edir.

Bu iki qidanı balanslı pəhriz çərçivəsində müntəzəm olaraq istifadə etmək ümumi sağlamlıq üçün faydalıdır və bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir.