
Baş ağrılarından azad olmaq üçün təbii qidaların istifadəsi effektli və təhlükəsiz metodlardan biridir. Foodinfo.az bildirir ki, tünd şokoladın tərkibindəki flavonoidlər beyin damarlarını genişləndirərək qan dövranını yaxşılaşdırır və bu sayədə ağrının intensivliyini azalda bilir.
Zəncəfil isə güclü iltihabəleyhinə və antibakterial təsiri ilə tanınır, xüsusilə migren və gərginlikdən yaranan baş ağrılarını yumşaldır, mədə narahatlığını aradan qaldırır və orqanizmin ümumi sağlamlığını dəstəkləyir.
Baş ağrısının ən çox yayılmış səbəblərindən biri olan dehidrasiya ilə mübarizə üçün kifayət qədər su içmək önəmlidir. Kalsium mənbəyi kimi qatıq əzələ gərginliyini azaldaraq baş ağrısını yüngülləşdirir.
Həmçinin bananın yüksək maqnezium tərkibi isə sinir sistemini sakitləşdirərək gərginliyi aradan qaldırır. Çuğundur orqanizmə oksigenin daşınmasını yaxşılaşdırır, qan dövranını artırır və bu yolla ağrıları yüngülləşdirir.
Az miqdarda qəhvə qəbul etmək beyindəki damarların daralmasını azaldaraq ağrının azalmağına səbəb olur. Avokado və badamın tərkibində olan B2 vitamini sinir sistemini dəstəkləyir və baş ağrılarını azaldır, limonlu isti su isə bədənin su-elektrolit balansını təmin etməyə kömək edir. Bununla belə fərdi xüsusiyyətlərə görə bu qidaların istifadəsi dəyişə bilər və davamlı və ya şiddətli baş ağrılarında həkimə müraciət etmək vacibdir.