Matça çayı sevənlərə vacib xəbərdarlıq edilib. Foodinfo.az bildirir ki, dietoloq və qastroenteroloq Yekaterina Kilipko ürək-damar problemi olan şəxslərə bu içkidən sui-istifadə etməməyi tövsiyə edib.

Mütəxəssis “Moskva 24” saytına açıqlamasında qeyd edib ki, matcha tərkibində olan təbii maddələr sərbəst radikalları zərərsizləşdirərək bəzi xəstəliklərin inkişaf riskini azalda bilər. Həmçinin, bu içki qocalmanı ləngitmək və xroniki xəstəliklərin qarşısını almaq üçün faydalı hesab olunur.

Bununla belə, həkim bildirib ki, matcha çayının tərkibindəki kofein orqanizmdə narahatlıq, ürək döyüntüsünün artması və yuxu pozğunluğu kimi yan təsirlər yarada bilər. Xüsusən də bu içkini saat 16:00-dan sonra qəbul etmək tövsiyə edilmir.

Kilipko əlavə edib ki, ürək, böyrək və qaraciyər problemi olan şəxslər gündə bir stəkandan çox matcha içməməlidir. Mütəxəssis normaya əməl etməyin sağlamlıq üçün vacib olduğunu vurğulayıb.

Mənbə: Moskva 24