Həkim Sujit Çatterje dilin təmizləməyin səbəblərini açıqlayıb.

Foodinfo.az lent.az-a istinadən bildirir ki, həkimin fikrincə, bu sadə təcrübə ağız sağlamlığını və ümumi rifahı yaxşılaşdırır.

Onun sözlərinə görə, ağız sağlamlığını qorumaq yalnız dişlərini fırçalamaqdan ibarət deyil:

"Dil həm ağız sağlamlığı, həm də ümumi sağlamlıq problemlərinə səbəb ola biləcək müxtəlif bakteriyalara ev sahibliyi edir. Elə məhz buna görə də dilin təmizlənməsi bu problemlərin qarşısının alınmasında mühüm rol oynaya bilər. Dili çox da sərt olmayan təmiz parça ilə təmizləyin. Bununla onun səthi bakteriyalar, zibillər, ölü hüceyrələr və qida hissəciklərindən təmizlənəcək".