1. Saç daramaq Ağır iş günündən, kompyuter qarşısında saatlarla oturduqdan, fiziki işdən sonra stressi aradan qaldırmağın ən yaxşı üsullarından biri saçlarınızı daramaqdır. Saçları 10-15 dəqiqə ərzində daramaq beyin qan dövranını yaxşılaşdırmaqla stressi aradan qaldırır. 2. Dondurma yemək Dondurma orqanizmdə xoşbəxtlik hormonu olan serotoninin ifrazını artırır. 3. Bioloji aktiv nöqtələr Enerjinizi qoruyub saxlamaq və stressinizi atmaq istəyirsinizsə o zaman burnunuzun altında tən ortada dodağınızın üst olan hissənini və ovucunuzun içini nöqtə massajı edin. 4. Ovucun içini massaj etmək Bu massaj orqanizmdəki gərginliyi aradan qaldırır və insanın sinir sistemini sakitləşdirir. Qulaqları da ovuşdurmaq sinir sistemindəki gərginliyi aradan qaldırır. Bu vasitə iş zamanı daha çox insanların köməyinə çatır. 5.  Duş qəbul etmək Mənfi enerjidən xilas olmağın ən yaxşı üsullarından biri də duş qəbul etməkdir. İsti duş qəbul etmək və başı yuyarkən massaj eləmək stressi aradan qaldırır. 6. Rəsm çəkmək Psixoloqlar rəsm çəkməyin insan psixologiyasına müsbət təsir etdiyini deyirlər. Gün ərzində bir-neçə dəfə 3-5 dəqiqə rəsm çəkmək insanın sinir sistemini sakitləşdirir və beyninə sakitləşdirici təsir edir. 7. Qibiskus (çin qızılgülü)çayı Bu çay orqanizmdə olan sərbəst radikallara qarşı mübarizə aparır. Qibiskus dəmləməsi orqanizmdən gərginliyi, həyəcanı götürür, stressi aradan qaldırır. 8. Təmizlik işləri etmək Mütəxəssislər yır-yığış etməyin insana xoş təsir bağışladığını söyləyirlər .Əşyaları yığıb-yığışdırmaq, uzun müddət təmizlənməyən yerlərin təmizlənməsi və qaydaya salınması insana sakitlik gətirir. 9. Aromaterapiya Gözəl və güclü ətirlər insan psixologiyasına təsir etməklə yanaşı əhval-ruhiyəni də qaldırır. Bunun üçün əlinizin altında daima ətir saxlayın. Çünki gözəl ətirlər insana özünü xoşbəxt hiss etdirir. Gözəl ətir insana ilahi bir sevinc bəxş etmək qabiliyyətinə malikdir. 10. Rəqs Əsəbi olduğunuz zaman ritmik musiqi altında rəqs etməyə çalışın. Əgər evdə rəqs etməyə imkanınız yoxdursa o zaman fitnes kluba gedin. Bu sizə stressinizi atmaqda köməkçi olacaq.