Ürəkbulanma adətən bakterial infeksiya nəticəsində yaranan sağlamlıq problemidir. Mədə ilə əlaqəli bütün problemlər gündəlik həyatı çox çətinləşdirir. 

 Foodinfo.az mədə problemlərinin təbii həlli olan qidaları təqdim edir.

Mədədə bulantı və yanmanı aradan qaldıran, həmçinin immuniteti gücləndirən qidalar aşağıdakılardır:

ZƏNCƏFİL 

Zəncəfil ürəkbulanmanı aradan qaldıran təsirli təbii vasitədir. Təzə zəncəfil parçalarını çeynəyə, zəncəfil çayı hazırlaya və ya rəndələyib yeməklərinizə əlavə edə bilərsiniz. Zəncəfil immuniteti də gücləndirir.

NANƏ 

Təzə nanə yarpaqları və ya nanə çayı mədəni sakitləşdirə və ürəkbulanmanı aradan qaldıra bilər. Çayınıza təzə nanə yarpağı əlavə etməklə boğaz infeksiyasının qarşısını da ala bilərsiniz.

ALMA

Almalar mədəni sakitləşdirir. Xüsusilə rəndələnmiş və ya püre halında istehlak edə bilərsiniz. Alma həmçinin qan şəkərinin dəyişməsinin qarşısını da alır.

BANAN

Banan mədəni sakitləşdirən və ürəkbulanmanı aradan qaldıran meyvədir. Kaliumla da zəngindir.

DÜYÜ

Ağ düyü mədə sakitləşdirici və yüngül bir seçimdir. Həzm sisteminizi sakitləşdirməyə kömək edir, bulantıları aradan qaldırır. Kalorili olduğu üçün həddindən artıq istehlak edilməməlidir.

ŞİRİN KARTOF

Qaynadılmış və ya bişmiş şirin kartof yüngül və asan həzm olunan tərəvəzdir. Ürək bulanmasını aradan qaldırmağa kömək edir.

QATIQ

Saf qatıq tərkibindəki probiotik sayəsində həzm sistemini tarazlaşdırmağa və ürəkbulanma, mədə yanmasını aradan qaldırmağa kömək edir. Ancaq qatıq seçərkən təbii olanlara üstünlük verin.

BİYAN KÖKÜ

Biyan ənənəvi olaraq ürəkbulanmanı aradan qaldırmaq üçün istifadə edilən təbii bir bitkidir. Tərkibindəki bioaktiv komponentlər mədəni sakitləşdirməyə və mədə turşusunu balanslaşdırmağa kömək edir.

Biyan kökü istehlak edərkən porsiya nəzarətinə diqqət etmək lazımdır, çünki tövsiyə olunan miqdardan çox istehlak faydadan çox zərər verə bilər.