
Son.az Azərbaycan
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Kamran Şəriflinin
orqanik qida ilə bağlı maarifləndirci məqaləsini təqdim edir.
Orqanik və ya ekoloji
təmiz qida məhsulları tərkibində zərərli maddələrin
miqdarı adi məhsullara nisbətən dəfələrlə az olan
qida məhsullarıdır.
Orqanik qida məhsulları yetişdirilməsində süni gübrələrin, həşərat dərmanlarının, hormonların, antibiotiklərin, boyaların,
kimyəvi maddələrin və qablaşdırma vasitələrinin istifadə olunmadığı məhsullardır. Bu qidalar bitki və heyvan mənşəli olmaqla 2 qrupa bölünür.
Orqanik qida məhsulları istehsalında hormon və gübrələrdən az istifadə olunduğu üçün torpağın mineral baxımdan zəngin olması əsas şərtlərdən biri
hesab edilir. Məhz buna görə
orqanik qida məhsulları mineralı az olan və gübrəli torpaqlarda yetişən məhsullardan daha dadlı olur.
Orqanik qida məhsullarının yetişdirildiyi
əkin sahələri
ətraf mühit üçün daha faydalı
hesab olunur. Belə
əkin sahələrində torpağın münbitliyi artır, eroziyası azalır, suya daha çox qənaət
edilir,
ətraf mühitin çirklənməsi azalır. Pestisiddən istifadə olunmayan
əkin sahələri
ətraf ərazilərdə yaşayan insanlar üçün, o cümlədən quşlar və heyvanlar üçün daha təhlükəsiz
hesab olunur.
Orqanik qida məhsulları ilə
orqanik olmayan
qida məhsulları arasındakı fərq:
Orqanik qida məhsulları
1.
Təbii gübrələrlə yetişdirilir.
2. Alaq otları
əkin sahələrindən
təbii şəkildə
çıxdaş edilir. Alaq otları
əkin sahələrindən
kimyəvi herbisidlər vasitəsilə
çıxdaş edilir.
3. Zərərvericilərə qarşı
təbii üsullardan (quşlar, böcəklər, tələlər) və
təbii mənşəli pestisidlərdən istifadə edilərək mübarizə aparılır.
Orqanik olmayan
qida məhsulları
1. Sintetik və ya
kimyəvi gübrələrlə yetişdirilir.
2. Alaq otları
əkin sahələrindən
kimyəvi herbisidlər vasitəsilə
çıxdaş edilir.
3. Zərərvericilərə qarşı sintetik pestisidlərdən istifadə edilərək mübarizə aparılır.
Orqanik ət, süd, yumurta
1. Heyvanlara
orqanik yem verilir.
2. Heyvan xəstəliklərinin qarşısını almaq üçün onların saxlandığı yerləri
təmiz saxlamaq və sağlam bəslənməni təmin etmək kimi
təbii üsullardan istifadə
olunur.
3. Heyvanların açıq havaya çıxışı olmalıdır.
Orqanik olmayan ət, süd, yumurta
1. Heyvanlara daha sürətli böyümək üçün süni zənginləşdirilmiş yem verilir.
2. Heyvan xəstəliklərinin qarşısını almaq üçün antibiotiklər və dərmanlardan istifadə
olunur.
3. Heyvanların açıq havaya çıxışının olması vacib deyil.
Orqanik qida məhsulları istehlakının faydaları
Antioksidant tərkibli olması
Orqanik qida məhsullarının tərkibində faydalı antioksidantların
miqdarı çox, digər zərərli maddələrin
miqdarı isə minimum səviyyədə olur. Bu məhsulların istehlakı zamanı orqanizmə daxil olan antioksidantlar ürək-damar xəstəliklərinin, görmə problemlərinin, erkən qocalmanın qarşısının alınmasında faydalı
hesab olunur.
Ətraf mühitə təsiri
Orqanik qida məhsullarını yetişdirərkən
əkin sahələrində hormon və gübrələrdən az istifadə edildiyi üçün torpağın mineral baxımdan zəngin qalmasını və
ətraf mühit üçün daha faydalı olduğu
hesab edilir. Bu səbəbdən
orqanik məhsullar, həmçinin ekoloji
təmiz məhsullar
hesab edilir.
Orqanik bitki
məhsullarının tərkibi quru maddələr və minerallarla (Fe, Mg) zəngindir. Həmçinin fenollar və salisilik turşusu kimi daha çox antioksidant mikroelementlər ehtiva edir.
Orqanik olaraq yetişdirilən qidalarda pestisid qalıqları demək olar ki, rast gəlinməmişdir (94-100 % pestisidsiz). Tərəvəzlərdə nitratların
miqdarı ənənəvi becərmələrlə müqayisədə təxminən 50 % azdır.
Orqanik dənli, taxıl bitkilərində mikrotoksinlərin
miqdarı ənənəvi ilə müqayisədə eyni miqdarda olduğu müşahidə edilmişdir.
Orqanik yetişdirilmiş bəzi meyvə-tərəvəzlərdə (çiyələk, şaftalı, armud, kartof, pomidor və brokkoli) C vitamininin miqdarının
orqanik olmayanlarla müqayisədə daha yüksək olduğu müşahidə edilmişdir.
Orqanik yetişdirilən inəklərdən əldə edilən ətlərdə daha çox doymamış yağ turşularına malik olduğu müşahidə edilmişdir. Hollandiya, İngiltərə, Danimarka və ABŞ-da südlə bağlı aparılan tədqiqatlar,
orqanik olaraq yetişdirilən heyvanların südündə
ənənəvi sistemlərdən alınan südlə müqayisədə linoleik turşusu (CLA) və Omeqa 3-ün daha yüksək olduğunu göstərir.
Orqanik qida məhsullarının satışını həyata keçirmək üçün dünyada və ölkəmizdə marketlər şəbəkəsi fəaliyyət göstərir.
Orqanik məhsulları,
ənənəvi və sənayeləşdirilmə üsulu ilə yetişdirilmiş və ya emal edilmiş
qida məhsullarından fərqləndirmək üçün üzərinə "
orqanik" etiketi vurulur.
Bütün bunları nəzərə alaraq,
orqanik məhsulların C vitamini, fenolik birləşmələr, mineral maddələrlə və antioksidant ilə zəngin olması səbəbindən insanların sağlam qidalanması baxımından daha xeyirli olduğunu söyləyə bilərik.