Hər gün istifadə etdiyimiz üçün adi hesab etdiyimiz çay, əslində, olduqca böyük faydaya malikdir; bu içki yorğun olduğunuz zaman sizi sakitləşdirəcək, sizdə ehtiyacınız olan enerjini yaradacaq... Çayın üstünlüklərinin hamısını sadalamaq çox çətindir. Sizi onlardan ən vacibləri ilə sizi tanış edirik: Şirinsiz qara çay ağızdan gələn xoşagəlməz qoxudan azad olmağa kömək edir. Araşdırmalar göstərir ki, qara çay ağızda xoşagəlməz qoxunu yaradan bakteriyaların yaranması prosesini zəiflədən kimyəvi polifenol komponentlərindən ibarətdir. Yaşıl çay sümükləri sağlam saxlamağa kömək edir. Çayın bu növü yaşlı insanlar üçün çox faydalıdır, belə ki, o, sümüklərin osteoporotik sınıqları riskini azaldır. Çay, istər otlu, istər otsuz, sakitləşdirici xüsusiyyətə malikdir. Onun müsbət cəhəti, dərmanlardan fərqli olaraq, tərkibində kimyəvi maddənin olmamağıdır. Çay allergiyanı azalda bilər. Mövsümi allergiyadan əziyyət çəkənlər günə gicitkənli çayla başlasalar, yaxşı olar. Araşdırmalar göstərir ki, bu bitkinin yarpaqları allergiya simptomlarını yumşaltmağa qadirdir. Bəzi alimlər iddia edirlər ki, çay, hətta sudan da faydalıdır, belə ki, o, orqanizmi su kimi nəmləndirə bilir, yəni suyu tam əvəz edə bilir. Lakin çayın tərkibində antioksidantlar olduğuna görə, o, sudan da xeyirlidir. Nahardan sonra çay içmək qəlyanaltı etmək üçün nahar və şam yeməyi arasındakı müddəti qısaltmaq üçün düşünülüb. Kərim/Foodinfo.az