Bəzi məhsullar ilk baxışda zərərsiz görünsə də, əslində diş minasını məhv edə bilər. 

Foodinfo.az çəkinməli olduğunuz həmin qidaları təqdim edir.

1. Sitrus meyvələri. Onlar C vitamini ilə zəngindir, dişlərinizi kariyesə meyilli və daha həssas edə bilər. Sitrus meyvələri yedikdən sonra ağzınızı su ilə yaxalayın.

2. Quru meyvələr. Bu qidalar yapışqandır və tərkibində təbii şəkər çoxdur. Bu səbəbdən onlar dişlərin çürümə ehtimalını artıra bilər. Quru meyvələr yedikdən sonra da dişlərinizi fırçalamaq və ağzınızı su ilə yaxalamaq məsləhətdir.

3. Kartof çipsləri. Onlar dişlərin arasında ilişib qala bilər ki, bu da lövhənin yaranmasına və kariyesə səbəb olacaq.

4. Buz. Buz yemək vərdişi minada mikroçatların əmələ gəlməsinə, onlar yığıldıqca isə, dişlərin çatlamasına və ya qırılmasına səbəb ola bilər.

5. Sirkə. Tez-tez salatlara qatılan sirkə də minanı zəiflədə bilər.

6. Şirin çörək. Belə çörək dişlərin çürüməsinə səbəb ola bilər.

7. Balzamik sirkə. Çox turş olduğu üçün ondan az-az istifadə edin.

8. Enerji içkiləri. Onlar çox miqdarda şəkər ehtiva etməklə və yüksək turşuluqları ilə fərqlənirlər. Bu da diş minasını məhv edə və kariyesə səbəb ola bilər.