Bitki əsaslı ət məhsulları son dövrlərdə qlobal ərzaq bazarında ciddi şəkildə yayılıb. Foodinfo.az bildirir ki, bu məhsulların məqsədi heyvan mənşəli əti təqlid etmək olsa da, onların tərkibi çox zaman emal olunmuş maddələrlə zəngindir. Bitki əsaslı "ət"lərdə adətən soya, buğda proteini və bir sıra qatqı maddələri olur.

Bu isə orqanizmin həzm sisteminə əlavə yük yarada bilər. Belə məhsulların rəngini, qoxusunu və dadını təqlid etmək üçün tez-tez süni aromatlar və rəngvericilər istifadə olunur. Həmçinin, yüksək miqdarda natrium və doymuş yağlar da bəzən bu məhsullarda mövcud olur.

Əgər bu məhsullar müntəzəm və nəzarətsiz şəkildə istehlak edilərsə, qanda lipid balansını poza bilər. Bitki əsaslı məhsullar vegan və vegeterianlar üçün alternativ sayılsa da, onların sağlamlıq üçün üstünlükləri birmənalı deyil. Araşdırmalarda göstərilir ki, bu qidaların təbii olmaması bədənin maddələr mübadiləsinə mənfi təsir göstərə bilər. Bəzi istehsalçılar məhsulun təbii olduğuna dair reklam versələr də, tərkibdəki kimyəvi əlavələr bu iddianı sual altına alır.

Ümumilikdə, belə məhsullar diqqətlə seçilməli və tez-tez deyil, yalnız alternativ olaraq istifadə edilməlidir. Nəticə etibarilə, bitki əsaslı ət təqlidçiləri sağlamlıq üçün faydalı görünsə də, orqanizmi yanıltmaq riski daşıyır.