Son illərdə geniş yayılan “şüurlu qidalanma” anlayışının sağlam həyat tərzində mühüm rol oynadığı bildirilir. 

Foodinfo.az xəbər verir ki, bu yanaşma yalnız nə yeməklə deyil, yemək prosesinə diqqət yetirməklə də bağlıdır.

Şüurlu qidalanma zamanı insan yeməyi tələsmədən yeyir, aclıq və toxluq hisslərini izləyir, emosional səbəblərlə qida qəbulunu azaltmağa çalışır. 

Telefon, televizor və digər diqqət yayındıran vasitələr qarşısında yemək yemək çox zaman normadan artıq qida qəbuluna səbəb olur.

Şüurlu qidalanma həddindən artıq yeməyin qarşısını almağa, həzm sistemini dəstəkləməyə və çəki nəzarətini asanlaşdırmağa kömək edir. Eyni zamanda bu vərdişin stresslə bağlı yemək davranışlarını azaltmaq baxımından da faydalı olduğu vurğulanır.

Yeməklərin yavaş yeyilməsi, yaxşı çeynənilməsi və porsiya ölçülərinə diqqət edilməsi tövsiyə olunur. Sağlam qidalanma yalnız faydalı məhsul seçməkdən deyil, qida ilə düzgün münasibət qurmaqdan da keçir.