Sağlam qidalanmanın əsas şərtlərindən birinin müxtəlif rəng və növdə tərəvəz-meyvə istehlakı olduğu bildirilir. Fərqli tərəvəz və meyvələr orqanizmə müxtəlif vitamin, mineral və antioksidantlar qazandırır.
Foodinfo.az xəbər verir ki, tək bir növ meyvə və ya tərəvəzlə kifayətlənmək orqanizmin bütün ehtiyaclarını qarşılamağa yetmir. Məsələn, yaşıl tərəvəzlər dəmir və fol turşusu ilə zəngin olduğu halda, narıncı və qırmızı məhsullar A vitamini və antioksidant mənbəyi hesab olunur.
Gündəlik qidalanmada rəng müxtəlifliyi yaratmaq immun sisteminin güclənməsinə, həzm sisteminin daha yaxşı işləməsinə və ürək sağlamlığının qorunmasına kömək edir.
Bundan əlavə, meyvə və tərəvəzlərdə olan lif maddəsi toxluq hissini artırır və bağırsaq fəaliyyətini dəstəkləyir. Bu isə artıq çəki riskinin azalmasına müsbət təsir göstərir.
Xüsusilə mövsümi məhsullara üstünlük verməyi tövsiyə edilir. Mövsümündə yetişən tərəvəz və meyvələrin həm qida dəyərinin daha yüksək, həm də daha təbii olduğu vurğulanır.
Sağlam həyat tərzi üçün hər gün fərqli növ və rəngdə tərəvəz-meyvə qəbul etmək vacib vərdişlərdən biridir.






