Səhər yeməklərinin ən məşhur seçimlərindən biri olan yumurta qızartmasını daha dadlı və ideal formada hazırlamağın sadə üsulları var. Düzgün bişirmə qaydalarına əməl etdikdə adi yumurta belə xüsusi ləzzət qazanır.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, ideal “qlazunya” hazırlamaq üçün cəmi iki əsas ərzaq kifayətdir – yumurta və kərə yağı.
İlk olaraq tava orta odda qızdırılır və içərisində kərə yağı əridilir. Daha sonra yumurta ehtiyatla tavaya əlavə olunur. Mütəxəssislər bildirirlər ki, tavanın həddindən artıq isti olması yumurta ağının yanmasına və sərt qabıq əmələ gətirməsinə səbəb ola bilər.
Təcrübəli aşpazlar isə yumurta bişərkən tavaya bir neçə qaşıq su əlavə etməyi və qapağı örtməyi məsləhət görürlər. Bu üsul yumurtanın daha yumşaq və bərabər bişməsinə kömək edir.
Hazır yumurta qızartmasını göyərti, sosis, tərəvəz salatı və ya qızarmış çörəklə təqdim etmək olar. Beləliklə, həm dadlı, həm də görünüşü ilə iştaha açan səhər yeməyi əldə edilir.






