Dəmir çatışmazlığı orqanizmdə ən çox rast gəlinən problemlərdən biri hesab olunur. Həkimlər bildirirlər ki, bəzi ilkin əlamətlər qan analizində ciddi dəyişiklik yaranmadan əvvəl də özünü göstərə bilər.

Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, bu barədə Moskva vilayətinin Vidnoye Xəstəxanasının terapevti Zarema Ten məlumat verib.

Həkimin sözlərinə görə, dəmir hemoqlobinin əsas hissəsini təşkil edir. Hemoqlobin isə orqanizmdə oksigenin daşınmasına cavabdeh olan vacib zülaldır. Dəmir çatışmazlığı dünyada ən geniş yayılmış qanazlığı səbəblərindən biri sayılır.

Mütəxəssis bildirib ki, dərinin solğunlaşması, gözaltı nahiyənin göyərməsi, selikli qişaların rəngsiz görünməsi, adi fiziki hərəkət zamanı nəfəs darlığı, halsızlıq, başgicəllənmə və göz önündə “qara nöqtələrin” yaranması ilk xəbərdaredici əlamətlər ola bilər.

Bundan başqa, dad hissində dəyişiklik və dırnaqların qaşıq formasında içəri çökük görünməsi də dəmir çatışmazlığının xarakterik əlamətləri arasında göstərilir.

Həkim qeyd edib ki, xüsusilə çox qan itirən qadınlar, vegetarian qidalananlar, donorlar və sürətli inkişaf dövründə olan uşaqlar risk qrupuna daxildir.