
Şorabanın dadı və keyfiyyəti əsasən istifadə olunan duzun növündən asılıdır. Hər duz turşu hazırlığı üçün uyğun olmur.
Foodinfo.az xəbər verir ki, şoraba hazırlayarkən ən çox tövsiyə edilən duz iri dənəli və ya təbii dəniz duzudur.
Onun tərkibində qatqı maddələri olmadığı üçün həm tərəvəzlərin dadını qoruyur, həm də onların uzun müddət xarab olmamasını təmin edir.
Yodlu duz turşular üçün uyğun sayılmır. Çünki yodlu duz turşunun suyunu bulanıq edə, tərəvəzlərin rəngini dəyişdirə və saxlama müddətini azalda bilər.
Bəzi süfrə duzlarının tərkibində axıcılığı artırmaq üçün kimyəvi qatqılar olur. Bu qatqılar fermentasiya prosesinə mənfi təsir göstərə bilər. Buna görə təbii və saf duz seçmək vacibdir.
Şoraba və turşular üçün ən çox istifadə edilən duz növü qaya duzudur. Onun tərkibi təbii minerallarla zəngin olduğundan həm sağlamlıq, həm də uzunmüddətli saxlama baxımından əlverişlidir.
Şoraba hazırlayarkən ən yaxşı seçim təbii qaya duzu və ya iri dənəli dəniz duzudur. Yodlu və kimyəvi qatqılı süfrə duzlarından isə uzaq durmaq lazımdır.