Meyvə və tərəvəzlərin dondurularaq saxlanması onların qida dəyərinə ciddi zərər vurmur. Foodinfo.az xəbər verir ki, dietoloq Larisa Nikitina dondurma prosesində vitaminlərin 90 faizədək qorunduğunu bildirib.
Onun sözlərinə görə, ən yüksək nəticə şok, yəni çox sürətli dondurma zamanı əldə olunur. Mütəxəssis vurğulayır ki, dondurulacaq məhsulların bütöv, sağlam və zədəsiz olması vacibdir. Nikitina əlavə edib ki, xiyar, salat yarpaqları, turp və su tərkibi yüksək olan bəzi giləmeyvələr dondurma üçün uyğun deyil.
Digər dietoloq Dariya Çalova isə “Qovorit Moskva” radiostansiyasına açıqlamasında borşun faydalarından danışıb. Onun sözlərinə görə, borş həm zülak, həm də lif mənbəyi kimi qidalanmada əhəmiyyətli rol oynayır. O, xüsusilə çuğundurun qaraciyər sağlamlığı üçün ən faydalı tərəvəzlərdən biri olduğunu vurğulayıb.
Çalova həmçinin soğanın tərkibində də kifayət qədər lif olduğunu qeyd edib. Mütəxəssis pəhriz üçün faydalı məhsullar sırasında yaşıl noxud, avokado, kollar üzərində bitən giləmeyvələr, eləcə də alma və armudu da göstərib.






