Qışda insan orqanizmi soyuq və qısa gündüz saatlarına uyğunlaşmaq üçün daha çox enerji sərf edir. Foodinfo.az bildirir ki, bu dövrdə bəzi qidalar bədəni gücləndirir, immuniteti dəstəkləyir və enerji səviyyəsini qoruyur.
Foodinfo.az bildirir ki, badam, qoz, fındıq kimi quru meyvələr və yağlı toxumlar sağlam yağlarla zəngin olub, orqanizmə istilik və uzunmüddətli enerji verir. Həmçinin yulaf, qarabaşaq və digər tam taxıllar qan şəkərini stabilləşdirərək enerjini uzun müddət qoruyur. Qış aylarında tərəvəz və meyvələrdən, xüsusilə kök, balqabaq, nar və sitruslardan istifadə etmək vacibdir, çünki onlar immuniteti gücləndirən vitamin və minerallarla zəngindir.
Ekspertlər qeyd edir ki, qışda bədənə lazım olan kalori miqdarı həddindən artıq yağlı və ağır qidalarla deyil, balanslı və vitaminlə zəngin məhsullarla təmin edilməlidir. Bu da həm enerji verir, həm də həzm sistemini qoruyur.






