Yüksək arterial təzyiqdən əziyyət çəkən insanlar düzgün qidalanma ilə təzyiqi idarə edə bilərlər. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, diyetoloq Felipe Gazoni Metropoles nəşrinə verdiyi açıqlamada bu vəziyyət üçün faydalı olan məhsulları sadalayıb.
Mütəxəssis bildirib ki, banan, portağal, ispanaq və kartof orqanizmdə natrium səviyyəsini tarazlayaraq qan təzyiqinin normallaşmasına kömək edir. Həkim əlavə edib ki, gündəlik qidalanmaya yulaf əlavə etmək tövsiyə olunur, çünki o liflə zəngin olub təzyiqə müsbət təsir göstərir. Həmçinin, yağlı balıq qida rasionuna daxil edilməlidir; omega-3 yağ turşuları sayəsində iltihab əleyhinə təsir göstərir.
Gazoni qeyd edib ki, badam, günəbaxan və kətan toxumları da arterial təzyiqin normallaşmasına dəstək olur. Bundan əlavə, sarımsaq damarları genişləndirən maddələr ehtiva etdiyi üçün təzyiqi tənzimləməyə kömək edir, çuğundur isə qan dövranını yaxşılaşdırır.
Həkim vurğulayıb ki, pomidorun tez-tez qəbulu da ürək-damar sisteminin qorunmasında faydalıdır. Lykopin və digər antioksidantlar sayəsində pomidor ürək sağlamlığını dəstəkləyir və təzyiqi idarə etməyə kömək edir.
Beləliklə, bu qidalar hiperteniyalılar üçün gündəlik menyuda mühüm yer tutur və qan təzyiqinin sağlam səviyyədə qalmasına dəstək olur.






