Qəhvə sevənlər dişlərinin ağlığını qorumaq üçün diqqətli olmalıdır. Foodinfo.az Hibiny.ru-ya istinadla xəbər verir ki, müxtəlif qəhvə növləri dişlərin rənginə fərqli təsir göstərir.
“Holivud gülüşü” əldə etmək çətindir, onu saxlamaq isə daha da çətindir. Bir çox insanlar diş ağardıcı prosedurlara xərclər edir, lakin bəzi sadə qaydalara əməl etməklə dişləri qorumaq mümkündür.
Cənubi Koreya alimlərinin araşdırmalarına görə, robusta qəhvəsini sevənlərin dişləri arabica sevənlərə nisbətən daha açıq rəngdə olur. Robusta dişləri demək olar ki, ləkələmədiyi üçün emala daha az zərər verir. Arabica isə daha turşulu olduğundan, diş emalını yumşaldır və piqmentlərin dişə hopmasına şərait yaradır.
Mütəxəssislər həmçinin tövsiyə edir ki, qəhvə içdikdən sonra dişləri yaxalamaq lazımdır. Çox isti içki emalı tez sıradan çıxara bilər. Qəhvəyə əlavə edilən süd də dişlərin ləkələnməsini azaldır, çünki piqmentin dişə yapışmasını çətinləşdirir.






