Portağalların faydalı olmasına baxmayaraq, onların həddindən artıq qəbulu sağlamlıq üçün risk yarada bilər. Foodinfo.az bildirir ki, dietoloq və qidalanma mütəxəssisi Sofya Kovanova gündəlik norma barədə tövsiyələr verib. Onun sözlərinə görə, orta ölçülü portağallardan gündə iki ədədə qədər yemək kifayətdir. Böyük ölçülü portağallarda isə gündə yalnız bir ədəd qəbul etmək daha məqsədəuyğundur.

Xüsusilə şirin, qırmızı portağalların karbohidrat miqdarı yüksək olduğu üçün, onları gündə yalnız bir ədəd yemək məsləhət görülür. Mütəxəssis qeyd edir ki, portağallar beta-karoten, C vitamini, fol turşusu və digər faydalı maddələrlə zəngindir, lakin normadan artıq istehlak allergik reaksiyalara səbəb ola bilər. Kovanova əlavə edib ki, balanslı və müxtəlif meyvə-tərəvəz qəbulu sağlam qidalanmanın əsas prinsiplərindəndir və portağallar da bu prinsiplərə uyğun olaraq məhdud miqdarda istehlak edilməlidir.