Bir çox insanlar sosial şəbəkələrdə paylaşılan “sınaqdan keçmiş” məsləhətləri etibarlı məlumat mənbəyi kimi qəbul edir. “Eksperimental bölmə” rubrikasında internetdə yayılan tövsiyələrin nə dərəcədə effektiv olduğunu araşdırırıq. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, bu dəfə bananların qaralmasının qarşısını almaq üçün məşhur saxlanma üsulu sınaqdan keçirilib.
Ekspert – keyfiyyət ekspertizası sahəsində 30 illik təcrübəyə malik mühəndis Qriqori Lisitskidir. Təcrübənin məqsədi bananların saxlanması zamanı tez qaralmasının qarşısını almaq olub. Sosial şəbəkələrdə bananların “quyruq” hissəsinin qida plonkası ilə bükülməsinin qaralmanı ləngitdiyi iddia edilir.
Təcrübənin gedişi
Aşağıdakı variantlar yoxlanılıb:
plonka ilə bükülmüş və bükülməmiş bananlar;
iki üsulla bükülmə: yalnız “quyruq” hissəsi və bananın yarısı;
otaq temperaturunda (+23–25°C) və soyuducuda (+5–6°C) saxlanılan bananlar.
Müşahidə nəticələri
3 gündən sonra qabıqda xırda nöqtələr yaranıb.
6-cı gün nöqtələr qəhvəyi ləkələrə çevrilib. Soyuducudakı bananlarda ləkələr 10–15%, otaqda saxlanılanlarda isə “quyruğu” bağlı olanlarda 30%, açıq olanlarda 50% təşkil edib.
10-cu gün bütün nümunələrdə ləkələr artıb, otaqda saxlanılan bananlar yumşalıb və çatlayıb.
13-cü gün otaqda saxlanılan bananlar tünd qəhvəyi rəng alıb. Plonka ilə bükülən hissələrdə yalnız az sayda xırda ləkələr müşahidə olunub, lakin bütün bananlar yumşaq olub. Plonka ilə bükülməyən bananda kif yaranıb.
Soyuducudakı bananlar açıq qəhvəyi rəngdə qalıb, bükülən hissələrdə yalnız xırda nöqtələr görünüb. “Quyruğun” bağlı və ya açıq olması arasında ciddi fərq qeydə alınmayıb. Bananlar bərkliyini qoruyub və dad keyfiyyəti yaxşı olub.
Bananların yalnız “quyruq” hissəsinin plonka ilə bükülməsi az effektlidir. Qaralmanın qarşısını almağın ən təsirli yolu bananı tam şəkildə plonka ilə bükərək soyuducuda saxlamaqdır.
Qeyd edək ki, yüksək kalium, maqnezium, B qrupu və C vitaminləri sayəsində bananlar arterial təzyiqi normallaşdırır və əhval-ruhiyyəni yaxşılaşdırır.






