“Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” müvafiq prinsiplərə uyğun olaraq, qida subyektləri üçün qida məhsulları üzrə gigiyena tələblərini müəyyən edir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, qaydalara əsasən, bu prinsiplərdən biri qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinin və yararlılığının təmin edilməsi-qida məhsullarının mikrobioloji, kimyəvi və fiziki çirklənməsinin qarşısının alınması, qida məhsullarının xarakterinə uyğun temperatur rejiminə riayət olunmasıdır. Digər prinsip ekvivalentliliyin (qida məhsullarının qüvvədə olan digər texniki normativ hüquqi aktların və beynəlxalq standartların tələblərinə cavab verməsi) təmin edilməsi - qabaqcıl gigiyena təcrübəsinə dair təlimatlar, qida gigiyenası qaydalarına və HACCP prinsiplərinə uyğunluğunun təmin edilməsidir. İnsanların həyat və sağlamlığına mümkün təhlükənin qarşısının alınması - qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş risk qiymətləndirilməsinə əsaslanan mikrobioloji göstəricilər və temperatura nəzarət tələblərinə əməl edilməsi də prinsiplərə aiddir. Həmçinin qida təhlükəsizliyi sahəsində istehlakçıların hüquqlarının müdafiəsi - qida məhsullarının ilkin istehsalından istehlakçıya çatdırılanadək təhlükəsizliyinin təmin olunması da prinsiplərə daxildir.