NASA və Qlobal Qida Təhlükəsizliyi Agentliyinin birgə hesabatı süfrəmizə gələn məhsulların keyfiyyəti haqqında acı həqiqətləri üzə çıxarıb.
Foodinfo.az xəbər verir ki, atmosferdə artan karbon qazı (CO2) səviyyəsi bitkilərin böyüməsini sürətləndirsə də, onların daxili mineral balansını pozur. Tədqiqat göstərir ki, bitkilər daha sürətlə karbohidrat toplayır, lakin bu zaman dəmir, sink və kalsium kimi vacib elementlərin konsentrasiyası 25% aşağı düşür.
Bu da bizim yediyimiz pomidorun, kartofun və buğdanın 50 il əvvəlki dadını və qidasını verməməsinə səbəb olur. Meyvə və tərəvəzlərin daha "boş" və dadsız olması sadəcə subyektiv hiss deyil, elmi sübutdur.
Bu fenomen dünyada "qida seyreltilməsi" adlanır və gizli aclığa səbəb olur. İnsanlar daha çox yeyirlər, lakin bədən ehtiyac duyduğu mikroelementləri ala bilmir. Kənd təsərrüfatı mütəxəssisləri mineral çatışmazlığını aradan qaldırmaq üçün torpağın xüsusi üsullarla zənginləşdirilməsini təklif edirlər.
İqlim dəyişikliyi həm də bitkilərin zərərvericilərə qarşı müqavimətini azaldır, bu da daha çox kimyəvi istifadəsinə yol açır.
Bioloji müxtəlifliyin qorunması bu problemin həlli üçün yeganə çıxış yoludur. İstehlakçıların yerli və orqanik toxumlu məhsullara yönəlməsi tövsiyə olunur.






