Uzun müddət ac qaldıqdan sonra birdən-birə çox yemək mədə üçün ağır yükdür.
Foodinfo.az Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) məlumatlarına istinadla bildirir ki, Ramazan ayında az, amma düzgün yemək isə əsasdır.
- Kiçik porsiyalarla yemək mədəni qoruyur.
- Yavaş yemək və yaxşı çeynəmək həzmi asanlaşdırır.
- Yeməklər arasında fasilə vermək rahatlıq yaradır.
Porsiya nəzarəti yalnız bu ayda deyil, hər zaman sağlam həyat tərzinin əsas qaydalarından biri kimi mədə rahatlığını qoruyur.







