Düzgün bişməmiş çay balıqlarını yemək helmintlərə yoluxmağınıza səbəb ola bilər. 

Bu barədə “Moskva 24”ə diyetoloq və qastroenteroloq Nuriyə Dianova danışıb.

"Çay balıqlarının əsas təhlükəsi helmintlərdir. Ona görə də onu çiy, qurudulmuş halda yemək olmaz. Parazitlər orqanizmimizə daxil olub orada inkişaf etməyə başlaya bilər", - deyə mütəxəssis xəbərdarlıq edib.

Helmintlər bədənimizə mədə-bağırsaq traktından daxil olduğundan ilk olaraq da elə bu sahə zərər görür. Müxtəlif parazitlər buradan müxtəlif orqanlara keçə bilər. Bəziləri qaraciyərə, bəziləri beyinə çatır bu orqanların funksiyaları pozulur, müəyyən xüsusi simptomlar görünür.

Parazitlərdən xilas olmaq kifayət qədər çətindir, müalicə uzun müddət çəkə bilər. Sağlamlıq problemlərindən uzaq olmaq üçün mütəxəssis yaxşı balığı yaxşıca bişirdilkdən sonra  yeməyi məsləhət görür. 

"Yüksək keyfiyyətli emal yoluxma riskini azaldır. Balıqları manqalda və ya sobada bişirmək olar. Buxarda bişirmək və ya tərəvəzlərlə pörtmək də mümkündür", - deyə Dianova vurğulayıb.

Nərmin